Telegram Group Search
🔔 *ƏXLAQ DƏRSİ BAŞLAYIR* 🔔

*DƏRS VAXTI 21:00*

https://www.tg-me.com/+Xy6wbqvhppgxZGY6
Media is too big
VIEW IN TELEGRAM
Əl-əfv, əl-əfv, əl-əfv!😢
Forwarded from 👑Hicabım- Baş tacım 👑 (Ğarib Əl-Ğuraba)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Allah peyğəmbər və Əhli-beyti qatillərinə lənət etsin!
📚 QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!)

VADİUS-SALAM


📌 Dərin fikrə getmişdim və öz-özümə deyirdim: Nə üçün əhval-ruhiyyəm və hərəkətimizdə süstlük olub ki, indi bu vəziyyətə düşmüşəm. Amma qarşıda olan çətinliklərdən hələlik azad idim və dünyada qalan qohumlarla əlaqəm kəsilmişdi.
"Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar....» (Muminun 101)
Bu aləmin müsafiri olanlar rahat və şaddırlar. Bəs nə üçün?
Öz qəlbim barəsində dəqiq fikirləşəndən sonra xain toxumu tapdım və bildim ki, haradan göyərib hara birləşir.
Səfiyyə fikrə getmişdi. Qəlbimdə olan düyünü açmaq üçün bir yol axtarırdı. Bəzən də təəccüb edirdiki, axı «Darus-Surur» qəm-qüssə yeri deyildir.
Dedim: "Özünü zəhmətə salma. Bu düyünü açmaq sənin işin deyildir."
Qəlbimin sirrini Səfiyyəyə demədim, çünki o, məni başa düşmürdü və deməyimin də faydası yox idi. Ona görə ki, uca aləmin əhalisi hər bir şeyi dərk edirlərsə də, eşq toxumu torpaqda basdırıldığına görə, aşiqə Talib olanlar torpaqdan düzəldilmiş həmin adamlardır.
Səfiyyəyə dedim: "Mən istəyirəm gedib o uzaq bağların arasında tək qalım."
Dedi: "Hara getsən də tək deyilsən. Burada dağ, dərə, çöl, bağ və hər bir zərrəciyin şüuru, hissiyatı vardır."
Dedim: "Onlar mənim məqamımda deyildirlər."
Dedi: "Əgər biz sənə naməhrəmiksə, yaxşısı budur məni azad qoyasan."
Dedim: "Əgər xanım Zəhranın (ə) hədiyyəsi olmasaydın, indi səni azad buraxardım."
Mən ayağa qalxıb getdim. Hansı ağacın altına çatırdımsa, budaqlarını əyib deyirdi: "Ey mömin! Meyvələrimdən dərib ye!"
Onların səslərinin xoşagələn və ürəkaçan olmasına baxmayaraq, mənim qulağımda qarğa səsi kimi idi. Mən onların cavabında bu şeri oxudum:
Qəlbim çox sıxılıb, narahatam mən.
Eşq bağında seyrə tabım qalmadı.
Taqətsizəm, çoxdan düşmüşəm əldən,
Bir gül qoxumağa halım qalmadı
....ardı var

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚 QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!)


VADIUS-SALAM

📌 Gördüm ki, ağac budağını yuxarı çəkib öz-özünə deyir: "Əgər meylin yox idisə, nə üçün bura gəlmisən?"
Başqa biri deyirdi: "Yəqin mələkdir və yemək əhli deyil."
Bir başqası dedi: "Ya da heyvandır, meyvə yeyənlərdən deyil."
O biri dedi: "Bəlkə divanədir? Amma bura dəlilərin yeri deyil, yəqin naz edir."
Başqa biri dedi: "Təzəcə qıtlıqdan nemət bolluğuna çatıb, ona görə də sevincindən ağzı bağlanıb."
Gördüm ki, hər başdan bir səs, hər budaqdan bir lətifə eşidilir.
"Yenə xeyməyə min rəhmət!" -deyib qayıtdım. Hadi xeymənin qapısında dayanaraq məni gözləyirdi. Məni görcək mənə sarı gəldi. Öz-özümə dedim: “Bəlkə, qəlbimin düyününə bu məlhəm qoya bilər."
Bir-birimizə çatıb salamlaşdıqdan sonra dedi: "Haradasan? Hazırlaş şəhərə gedək. Alim və möminlər səni gözləyirlər."
Dedim: "Nə üçün şəhərə getməliyik?"
Dedi: "Bəs nə üçün bura qədər gəlmisən?"
Dedim: "Bilmirəm nə üçün məni bura gətirdilər."
Dedi: "Nemətə küfr etmə! Səni o zülmətdən bu İşıqlı aləmə gətirdilər ki, Allah-taalanın nemətlərindən bəhrələnib əbədi şad olasan."
Dedim: "Hansı nemət? Hanı onun şirinliyi, hanı qəlbin şadlığı? Halbuki məşuqlarımın müsibətləri mənim yadımdadır. Sən birinci gecədə həzrət ƏbülFəzlin (ə) və həzrət Əli Əkbərin (ə) silahlı olduqlarını görmədinmi? Yoxsa, onun mənasını başa düşmədin? Həzrət Əli Əsğərin (ə) boğazının altındakı qırmızı xətti görmədinmi? Yoxsa, bunun mənasını başa düşmədin? Əgər bir kəsin qəlbində zərrə qədər onların məhəbbəti olsa, gərək qüssədən ölsün, nəinki yesin, içsin, şadlansın və sarayda hurilərlə məşğul olsun. Sən deyən qədər də öz qarnımı düşünən deyiləm."
Dedi: "Orada saraylardakı hurilərlə şad və xoşhal olan bu qədər alim və möminlər Əhli-beytin (ə) dostları deyillərmi? Yoxsa, onlarda intiqam hissi yoxdur? Bir də ki, zalımlar Allahın intiqamına düçardırlar."
Dedim: "Hər kəs öz vəziyyətindən daha çox xəbərdardır və mən nə qədər intiqam almamışam, mənim şadlıq evim hüzn evidir. Nemətlər mənim üçün işgəncədir." Lakin başqaları nə üçün şad və xoşhaldırlar?...
Dedi: Məndən yox, onların özündən soruşsan yaxşı olar.
Amma onların bizim intiqamımızdan daha böyük
və daha şiddətli olan ilahi intiqama düçar şübhəsizdir. Lakin təsdiq etməlisiniz ki, məzlumun qohumları öz əlləri ilə qisas və intiqam almayınca ürəkləri soyumur. Bu cəhətə görə də qisas haqqı vərəsə üçün sabit olmuşdur, hətta başqa bir şəxs zalimə daha şiddətli xəsarət yetirsə belə. Sözün qısası Allah buyurmuşdur: "(Sizi) sevdiyiniz başqa nemət Allah dərgahından kömək və yaxın qələbə gözləyir.»(Səff 14)
İntiqam bizim arzumuzdur və bu arzuya çatmayınca səadət evimiz yoxdur.
Qəlbdə yar olmasa, məskən bəla zindanıdır.
Harda ki, yar var, ora eşqin bahar eyvanıdır.
Hər iki aləm təqasından daha xoşdur mənə,
Ora ki, sevdamızın bir əbədi xəndanıdır.
Xülasə, həqiqətən də cənnət sevinc evi və bunların oxşarları nəfsin və qəlbin muradına çatmasıdır. Bunlardan sonra hər bir şey artıq şeydir, vəssalam.
Hadi başını aşağı salıb bir müddət fikrə getdi. Sonra dedi: "Burada qalırsan?"
Dedim: "Xeyr."
Dedi: "Hara gedirsən?"
Dedim: "Bilmirəm, özüm üçün qərar tutacaq bir yer bilmirəm. Elə bu qədər bilirəm ki, hər yanda olsam əzabdayam. Baş götürüb biyabana gedəcək və didərgin şəklində gün güzəranımı keçirəcəyəm."
Hadi çarəsiz qalaraq şəhərə qayıtdı. Səfiyyəyə dedim: "Əgər sənin də öz vətəninə qayıtmaq meylin vardırsa, qayıt. Mənim səninlə heç bir işim yoxdur.
Əgər "Siddiqeyi-Tahirə" Fatimeyi-Zəhranı (ə) görsən, ona məndən salam söylə və mənim vəziyyətimin necəliyini ona de."
O da çadırını söküb getdi. Mən xəlvət bir guşə axtararaq ağlamağa və dua etməyə başladım:
Möhnət çəkən tənim var, ay Allah!
Həsrət çəkən qəlbim var, ay Allah!
Yarın şövqü, ahu-fəğanından, Sinəmdə atəşim var, ay Allah!.
..ardı var

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
İmam Əliyyən-Nəqi (ə) buyurub:

Hər kim özündən razı olarsa, ondan ..... olanlar da çox olar. (Biharul-ənvar, cild 72, səh 316.)
Anonymous Quiz
18%
Razı
76%
Narazı
6%
Üstün
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚 QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!)

VADIUS-SALAM


📌 Bir nəfər qaça-qaça gəlib dedi: "Həbib ibni Məzahir telefon vasitəsi ilə səni istəyir."
Dedim: "O, haradadır?"
Dedi: "Şəhərdədir."
Dedim: "Yəqin Hadi məndən ayrıldıqdan sonra şəhərdə ona müraciət etmişdir."
Telefon olan yerə getdim. Salam verdikdən sonra mənim ağlar səsimi eşitmiş kimi dedi:
Neyçün hali-pərişansan, ay oğul!
Həmişə qəmginxəyalsan, ay oğul.
Şad oluban, Allaha yüz şükr et, Ki, axır arzuna çatarsan, ay oğul.
Cavab verdim:
Ata, gülşən çün zindandır gözümdə.
Gülüstan, azarıstandır gözümdə.
Qəlbim kama yetişincə bu həyat,
Hamı xabi-pərişandır gözümdə.
Dedi:"Gəl ikilikdə eşq məclisi quraq,
Söhbət edib bir-birimizə dərd açaq.
Dərdləri gəl qoyaq bir tərəziyə, Hansı ağırsa ondan başlayaq.
Cavab verdim: "Ürəkdəki qəmlərim bihesabdır.
Allah bilir sinəm necə kababdır. Həbiba, fəda olduğun gün eşqə, Qəmin olmaz, tərəzimiz kitabdır.
Yəni, Allahın natiq kitabında aşiqlərin sonuncu arzuları olan əsrin höccəti Həzrət Mehdinin (ə) buyurduğu kimi, aləmdə olmadığım və o məşuqun kömək və nüsrət istədiyi vaxt imdadına çataraq özümü hüzurunda fəda edə bilmədiyim üçün daim yanğı və qızmar od içindəyəm.
(Gecə-gündüz sənin can yandıran müsibətin üçün ah-nalə edir, gözlərimdən yaş əvəzinə qan ağlayıram.(Müqəddəs Nahiyə kitabından)
Eşq məktəbində sabit olmuşdur ki, məşuq hüzurunda özlərini fəda edən aşiqlər son arzularına yetişmiş olurlar. Onların təəssüf və qəm-qüssələri olmayacaqdır. Ey Həbib! Sən bu qəbildənsən. Lakin əvvəlinci qəbil ki, onların sərvəri Sahibəz-Zamandır (ə), xidmət və kömək etməyə, yaxud məşuqu zalımın caynağından xilas etməyə və yaxud özünü fəda etməyə nail ola bilməyiblər. Ona görə də, daim bu cür alışıb-yanacaq və həsrət atəşi həmişə onların qəlblərində şölələnəcək, heç bir şərbət onlar üçün ləzzətbəxş olmayacaq, yemək-içmək əvəzinə ciyər qanı içəcəklər. Bax, biz bu qəbildənik.
Ey Həbib! Belə olan halda, siz necə bizimlə bir tərəzidə ola bilərsiniz? Nə cür bizə və sizə birgə xoş keçsin? Siz Kərbəlada şövqün şiddətindən meydana zirehi çıxarıb getdiniz;
"Zireh üzərinə qəlblərini geyinib haqq yolunda can vermək üçün hazır oldular."
Həmin bu iş sizin içdiyiniz şərbətə ləzzət veribdir.
Bu ayəyə sən şamil olursan, nə mən,
Ey Həbib! Sən yeni bir həyata çıxmısan, mən isə ölüyəm.
Ey Həbib! Sən xoşbəxt olmusan və biz bədbəxt olmuşuq.
Ey Həbib! Məgər sənin dünyanın xarabalıqları və xəlvət guşələrində olan on ikinci İmamın eşq-məhəbbət yanğısından xəbərin yoxdur və bilmirsənmi ki, onun üçün gecə-gündüz necə keçir? Əgər sən də bizim kimi həsrətlə qəbirə qoyulsaydın, onun halına qan ağlayardın:
Ürək etsə qazilik ölülərə,
Ağlamaq lazımdır dirilərə....ardı
var

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!)

VADİUS-SALAM

📌 Telefon elə idi ki, onunla danışanlar bir-birini görürdülər.
Gördüm ki, Həbibin halı dəyişdi. Başını aşağı saldı və gözlərindən yaş axdı. Mən də öz-özlüyümdə ağlayıb sızlamağa başladım.
Telefon qarşısından durdu və söhbəti kəsib getdi. Mən də həmçinin getdim. ilk əvvəl məni dəli zənn edən və mənə təəccüblə baxan oranın əhalisi Həbiblə danışıqdan sonra məni əhatəyə alıb dedilər: "Bizə aydın oldu ki, sən dəli deyilsən. Bəs nə üçün bu cürsən?"
Dedim: "Siz Peyğəmbərin (s) Əhli-beytini (ə) mütləq sevənlərdənsiniz. Başqa cür bura yol tapa bilməzdiniz və əlbəttə Sahibəz-Zamanı (ə) dünyada tanıyırdınız və bilirdiniz ki, Peyğəmbərin (s), Əhli-beytin (ə) və bütün möminlərin gözünün nurudur."
Dedilər: "Biz onun dərgahında torpaq kimi zəlil, rəiyyət və aşiqlərik."
Dedim: "Eşitmisiniz ki, səhər-axşam çöl-biyabanda sərgərdan olub yanğı içərisində ağlayıb-sızlayır, özü də ki, nə bir il və nə doqquz-on il, bəlkə, də bu məsələ min ildən də çox davam edibdir."
Dedilər: "Bəli, amma əlimizdən heç bir iş gəlmir."
Dedim: "Əlinizdən gəlmirmi ki, bu eyş-işrət və yemək-içməyi, şadlanmanı tərk edəsiniz?"
"Məşuqunun halında olmayan aşiqə ölüm olsun!"
O həzrət bu cür uzun intizar sıxıntısında qalmışdır, lakin siz bu cür təmtəraqlı istirahət taxtlarında eyş-işrət, rahatlıq içərisində mütəkkələrə söykənmisiniz. Bu isə məhəbbət əsər-əlamətlərinin olmamasına sübutdur.
"Ən yaxşı söz odur ki, sözü söyləyənin əməli ona şəhadət versin."( Biharul-ənvar)

Sayları minlərlə olan o camaatın halı dəyişdi və onlar getdilər. Gördüm ki, çadırlar sökülüb, əşyalar bir-birlərinə qarışıbdır. Hamı bir nəfər kimi köhnə paltar geyinərək başıaçıq, ayağıyalın gəldilər.
Dedim: Eşq olsun sizin qeyrətinizə! İndi üzü Beytul- məmura dayanıb oxuyun:
"əmmən yucibul muztərrə iza dəahu və yəkşifus su.» ((O şəriklərmi yaxşıdır), yoxsa darda qalan bir kimsə onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, kəs?)(Nəml 62)
Uca səslə oxuyun. Qoy qəlblər canlansın. Darda qalan o kəsdə məqsəd Sahibəz-Zamandır (ə).
Bu söhbət Həbib ibni Məzahir və Hadi vasitəsiylə yavaş-yavaş Vadiyus-salamın özündə yayılaraq qalmaqala və dəyişikliyə səbəb oldu. Şəhər ətrafında məskun olan əhalinin toplantısında Sahibəz-Zamanın (ə) qəribliyi, köməksizliyi, darda qalması, intizarının uzunluğu və toplantı iştirakçılarının ruhiyyələrini artırmaq mövzusunda atəşin nitqlər söylədik. Həmçinin, Vadiyus-Salamın özündə və toplantı təşkil olunan yerdə tribunalar quruldu. Natiqlər çıxış etmək üçün tribuna qarşısına gəlib bəlağət və fəsahətli nitqlər söylədilər.
Buradan getmiş xidmətçilərin vasitəsilə əhalinin bu həyəcanı və hallarının dəyişmə xəbəri yavaş-yavaş Uca məqamlara, kəramətli ruhlara çatdı. Bu, onlara bir film kimi nümayiş etdirildi. Xəbərdar olduq ki, Əli ibn Əbi Talib (ə) və imamların anası xanım Zəhra (ə.s) on məsum övladı ilə birgə onların irəli sürdüyü təşəbbüsü dəstəkləyərək onların arzularını həyata keçirmək üçün şəfaət məqsədilə dua edirdilər. Lakin Peyğəmbər (s) üzr gətirmişdi ki, hələ möminlər tamamilə xəbis kafirlərdən seçilib ayrılmamışlar.
"Əgər onlar (möminlər və kafirlər) bir-birlərindən seçilib ayrılmış olsaydılar, biz onlardan kafir olanları şiddətli bir əzaba düçar edərdik."( Fəth 25)
Bütün bu intizara həmin bu ayə səbəb olmuşdur....ardı var

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
Media is too big
VIEW IN TELEGRAM
İlahi, bu günün sübhündə, yaşadığım günlərdə onunla bağladığım əhdi, boynumda olan beyətini təzələyirəm və heç vaxt o beyətdən əl çəkmərəm.

Cümənin bərəkəti və məğfirəti sizlərə olsun, 🕊🕊
əziz Müntəzirlər! 🕊🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İlahi, bu acizliyimizi görə, bizə qəzəb etmə, qüdrət ver ki, Sənin düşmənindən qisas alaq!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚QƏLBİ SƏLİM
〰️〰️〰️〰️〰️〰️〰️

VƏSVƏSƏDƏN QORXMAQ İMANDANDIR

📌 "Üsuli-Kaf" kitabında deyilir: Peyğəmbərin dövründə şeytan bir kişiyə vəsvəsə edərək dedi: Səni kim yaradıb?
Kişi cavab verdi: Allah.
Şeytan soruşdu: Bəs Allahı kim yaradıb?
O kişi bu vəsvəsədən çox təsirləndi. Rəsulullahın (s) hüzuruna gəlib dedi: -Mən məhv oldum.
Rəsulullahın (s) buyurdu: "Allaha and olsun bu eyni imandır. ("Üsuli Kafi" də bu barədə bir neçə hədis nəql olunur və çarə kimi aşağıdakı iki zikrdən birini demək məsləhət bilinir:
"La ilahə illəllah amənna billahi və rəsulihi vəla həvlə vəla qüvvətə illa billah".
Yəni bu yersiz hiss üçün həlak olmaqdan qorxmaq imanın varlığına dəlildir.
Bu hədisdən də göründüyü kimi qəlbin günahları sabit hisslərdir, bu hisslər sırf xatirədən ibarət deyil və insan öz seçimi ilə bu günahlara yol verir.

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
Forwarded from 👑Hicabım- Baş tacım 👑 (Ğarib Əl-Ğuraba)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nolardı hamı səmimi olsaydı.....
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əxi, Sənə gülmək yox, sənə ağlamaq lazımdır....
İmam Sadiq (ə) buyurub:
İmam Hüseynin (ə) qəbrinin...... (torpağında) hər dərdin şəfası var. Ən böyük dərman odur.
(Ğürərul-Hikəm, hədis 9209.)
Anonymous Quiz
92%
Türbətində
8%
Ziyarətində
0%
Həyətində
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏴🕊 Məsumların hədislərində İmam Mehdi (ə.f) 🕊🏴

📌 İmam Sadiq (ə) buyurub: Həqiqətən, bu işin sahibinin (İmam Mehdinin ə.f) qeyb dövrü olacaq. (Qeyb dövründə hər bir) bəndə Allaha təqvalı olub, (Allahın) dinindən möhkəm tutsun.

📚Şeyx Səduq (r.ə) - "Kəmalud-din", bab (ma əxbərə bihi Sadiq ə.)

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
2024/04/25 12:41:43
Back to Top
HTML Embed Code: