Please open Telegram to view this post
VIEW IN TELEGRAM
NaasBlog
Hocaci.pdf
Möhsün Höccəcinin 2 kitabı var digəridə budur
❤️‍🩹
İnsanın qarşısında bir seçim var: ya alışdığı şeyləri seçəcək, ya da qəlbinin istədiyini.

Əgər bütün günlər bir-birinə bənzəyirsə, bu o deməkdir ki, insan artıq hər gün günəşin çıxışı ilə baş verən xeyirli hadisələri görə bilmir.

Allah hər bir insanın getməli olduğu yolu bu dünyada yazıb. Sadəcə, sənin üçün yazılmış yolu tapmaq və onu oxumaq lazımdır.

Kitab: Səssiz möcüzə 🌸
Siz əziz uşaqlar, yeniyetmələr mənim qəlbimdəsiniz. Mən sizin üçün dua edirəm. Çalışın
ki, həm dərsiniz yaxşı olsun, həm də faydalı dini
kitablar oxuyasınız. Ata-analarınıza hörmət etməyi
də unutmayın.

Ayətullah Xamenei - Gənc və gənclik
Rəhbər ailəsinin həraxşamkı proqramı
Mənim öz evimdə istisnasız olaraq, hamı hər axşam mütaliə ilə yatır. Özüm də beləyəm. Yəni
mütaliənin ortasında yatmıram, mütaliə edirəm, yuxum gəlir, kitabı kənara qoyub yatıram. Bizim evimizdə yatmaq istəyən hər kəsin yanında bir kitab
olur. Düşünürəm ki, bütün ailələr belə olmalıdır. Mənim gözləntim budur. Ata-analar uşaqlarını
əvvəldən kitabla böyütsünlər, azyaşlı uşaqlar da kitabla ünsiyyətdə olsunlar.

Kitab: Gənc və gənclik
Dili ilə bağışlanmaq istəyən, amma qəlbində günahına görə peşman olmayan şəxs özünü
məsxərə etmişdir.

Yəni qəlbində günaha görə
peşman olmayan, sevinən, amma dili ilə
"əstəğfirullah" deyən şəxs özünü ələ salır. Bu neçə
bağışlanmaq istəyidir?! Bağışlanmaq istəyi odur ki,
insan ciddi şəkildə Allah-Taaladan onubağışlamasını istəsin. Bu zaman insan həmin işi təkrarlamaq niyyətində ola bilərmi?! Belə bir insanın
Allah-Taaladan əfv diləməyə üzü gələrmi?! Bu necə
əfv diləməkdir?! Əfv istəyi ciddi və həqiqi olmalıdır.

Kitab: Gənc və gənclik
Kim Allah üçün olsa, Allah
da onun üçün olar.
Gənclər öz çevrələrində yaxşı işlərə dəvət edib, pis
əməllərdən çəkindirsinlər... Deməyin ki, mənə nə; o
da deyə bilməz ki, sənə nə. Desə də siz fikir
verməyin. Bəziləri elə bilirlər ki, pis bir iş görünən kimi yumruqla tədbir görmək lazımdır. Xeyr, dil
yumruqdan çox təsirlidir... Söz deyin, danışın. Bir
kəlmədən artıq danışmaq lazım deyil. Pis bir iş görən
adam görsəniz, sadəcə deyin ki, bu işiniz yanlışdır.
Qəzəblə demək də lazım deyil. Siz deyin, başqası da
desin. Bu zaman cəmiyyətdə günah qalmaz...

Seyid Əli Xamenei
Media is too big
VIEW IN TELEGRAM
Suni intelekt vasitəsi ilə postların hazırlanması

Daha çoxunun görməsi üçün paylaşmağı unutmayın ‼️
Forwarded from Mirağa Dadaş
İmam Əli (ə):

"Biliklərin ən yaxşısı, səni islah edən bilikdir."
Ğurərul-Hikəm, hədis 4962
Sonuncu postda paylaşılan məlumat bu kitabdadır
Əllamə Cəfəri:

"Əgər bir insanın nə qədər dəyərli olduğunu bilmək istəyirsinizsə, baxın o, nəyə maraq göstərir və nəyi sevir. Əgər insanın sevdiyi şey maşınıdırsa, onun dəyəri də o qədərdir. Amma əgər onun sevgisi Allahdırsa, onun dəyəri Allah qədərdir".
Ən çox soruşduqunuz kitab artıq hazırdır. Hazır edən üzərində zəhməti olan şəxslərə təşəkkür edirik. 85 səhifəlik kitab olsada burda hərəm müdafiəçinin gördükləri ilə bağlı həyatınıza təsir edəcək məlumatları oxuyacaqsız.

Xoş mütaliələr💡
Neçə məscidə və hərəmə səfər etdin. Bəs həqiqi məscid və hərəm sayılan qəlbinə (Özünə) doğru nə vaxt səfər edəcəksən?
Neçə insanla görüşdün və ünsiyyətdə oldun. Bəs qəlbinlə (Özünlə) nə vaxt görüşəcəksən və ünsiyyət quracaqsan?
Neçə kitab oxudun və neçə nəsihət eşitdin. Bəs qəlb (Öz) kitabını nə vaxt oxuyacaqsan və səsinə səs verəcəksən?
2025/05/12 04:49:43
Back to Top
HTML Embed Code: