Telegram Group Search
السلام عليكم و رحمة الله و بركاته

📢 Qadınlar üçün "Ramadanda Qurani Kərimi Xətm" qrupuna tələbə qəbulu elan edilir.

🗓 Hər gün Qurandan 1 cüz (yəni 20 səhifə) oxunacaq. Oxuyan hər kəs işarə atacaq, hesabat tutulacaq və davamiyyətsiz olanlar qrupdan çıxarılacaq in şəə Allah.

🔔 Qrup Telegramda olacaq.

Şərtlər: Məsuliyyətli və davamiyyətli olmaq.

- Maksimum: 20 tələbə
- Yaş həddi: yoxdur

📩 Əlaqə:
          📚
@VasatYol_Bot
This media is not supported in your browser
VIEW IN TELEGRAM
السلام عليكم ورحمة الله وبركاته
Ramadan ayı və orucla bağlı bizə gələn çoxsaylı sualları nəzərə alıb, mədrəsəmizin Ramadan fətvaları kanalını yenidən istifadənizə təqdim edirik. Uca Allah faydalı etsin


https://www.tg-me.com/+RK_itYhYqVP5KYip
This media is not supported in your browser
VIEW IN TELEGRAM
السلام عليكم و رحمة الله و بركاته

📢 Qadınlar üçün "Bir həftəyə bir cüz" Quranı xətm qrupuna tələbə qəbulu elan edilir.

🗓 Hər gün Qurandan həm ərəbcə, həm də mənaca tərcümə olmaqla 3 səhifə oxunacaq. Oxuyan hər kəs işarə atacaq, hesabat tutulacaq və davamiyyətsiz olanlar qrupdan çıxarılacaq.

🔔 Qrup Telegramda olacaq.

Şərtlər: Məsuliyyətli və davamiyyətli olmaq.

- Maksimum: limitsiz
- Yaş həddi: yoxdur

📩 Əlaqə:
          📚
@VasatYol_Bot
This media is not supported in your browser
VIEW IN TELEGRAM
السلام عليكم و رحمة الله و بركاته
Möhtərəm müsəlmanlar.Allah sizdən də bizdən də saleh əməlləri qəbul etsin.
Uca Allah,Onun pak yoluna yönələn bütün müsəlman bacı-qardaşlarımızı Öz lütfüylə,rəhmətiylə əhatə etsin və Qiyamət günü Öz rizasını halal etsin əmin.
Bayramınız mübarək olsun.
💐💐💐💐💐💐💐💐
VASAT YOL
🖇¹ Cahiliyyə dövrü - Allahın elçi olaraq göndərdiyi peyğəmbərlərin gətirdikləri din və şəriətin ya tamamilə olmadığı, ya da təhrif olunmuş şəkildə yaşandığı dövr və zamana deyilir. İslam dininə müxalif olan hər söz, əməl, adət, insanların Allahı qoyub büt…
🔻BƏHS EDİLƏN MƏSƏLƏNİN XÜLASƏSİ:🔻

Cahiliyyə dövrü - cahiliyyə nisbət olunan elmsiz bir dövrdür. O iki yerə ayrılır:

1) Ümumi cahiliyyə. Bu, Peyğəmbərimizin ﷺ gəlişindən qabaq insanların yaşadıqları bir dönəm idi. Onun gəlişi ilə bitdi.

2) Xas cahiliyyə. Bu, bəzi dövlət, şəhər və şəxslərdə mövcud olan cahiliyyədir. Bu hələ də davam etməkdədir. Beləliklə, içində yaşadığımız əsri ümumilikdə cahiliyyə dövrü hesab edən və adlandıran şəxslərin xətası ortaya çıxmış olur.¹ Onlar bunu deməklə bu dövrün bütünlükdə Peyğəmbərimizin ﷺ gəlişindən öncəki zamanla eyni olduğunu demək istəyirlər. Lakin bu cür ifadə etmək daha doğrudur: "Bu əsrin əhalisinin bəzisi və ya əksər hissəsinin cahiliyyə dövrü". Doğru olan ifadə budur. Bu əsri bütünlükdə cahiliyyə dövrü olaraq adlandırmaq doğru deyil, əksinə böyük yanlışlıqdır. Çünki Peyğəmbərimizin ﷺ gəlişindən sonra cahiliyyə dövrü aradan qalxmışdır və bəşəriyyət bir daha elçilərin gətirdikləri elm və hidayətin mövcud olmadığı bir dövrü yaşamayacaqlar.
-----------------------------------
🖇¹ Bu sözün anlamı hal-hazırda yer üzündə heç bir yerdə İslami bir cəmiyyət yoxdur deməkdir. Bu fikir o cəmiyyətləri təkfir etmək üçün ortaya atılmış bir ideologiyadır. Bu fikrin sahibləri, müsəlmanların yaşadıqları şəhərlərdə qılınan camaat namazlarını, bayram və cümə namazınlarını, tutulan oruc, edilən həcc və ümrəni həmin cəmiyyətləri İslami cəmiyyətə çevirmədiyi qənaətindədirlər. Bu fikrin əsas sahibləri Seyyid Qutub və Muhəmməd Qutub qardaşlarıdır. Ümmətdə böyük təkfir fitnəsinin ildən-ilə fərqli şəkildə təzahür etməsinin səbəbi məhz bu fikirlərdir.

https://www.tg-me.com/VASAT YOL/com.online_medrese1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
2⃣. Fisq
Fisq lüğəti mənada çıxmaq deməkdir. Şəriətdəki mənası isə Allaha itaətdən çıxmaqdır. Fisq Allaha itaətdən həm bütünlüklə, həm də qismən çıxmağa aid edilir. Elə buna görə də hər bir kafir fasiqdir. Çünki o Allaha itaətdən tam olaraq çıxmışdır. Həmçinin, böyük günah işləyən mömin də fasiqdir, çünki o Allaha itaətdən qismən çıxmışdır.

Fisq iki növdür:
1) İslam dinindən çıxaran fisq - bu qismə əsasən hər bir kafir fasiqdir. Uca Allah İblis barəsində belə buyurur: "O, Rəbbinin əmrindən çıxdı".¹ Burada İblis tərəfindən törədilən fisq, küfr idi.
     Başqa bir ayədə Uca Allah belə buyurur: "Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır".² Uca Allahın buradakı fasiqlərdən qəsdi, kafirlərdir. Çünki, Uca Allah elə həmin ayənin sonunu belə ifadələrlə bitirir: "Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: "Yalan saydığınız odun əzabını dadın!" - deyiləcəkdir".³

2) İslam dinindən çıxarmayan fisq - müsəlman olub böyük günah edən hər şəxs fasiq sayılır. Onun etdiyi fisq onu İslam dinindən çıxarmır. Uca Allah belə buyurur: "İsmətli qadınları zinada günahlandırıb, sonra da dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir".
     Digər bir ayədə Uca Allah belə buyurur: "Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsasında qadınıyla yaxınlıq etməməli, fisq işlər görməməli və mübahisələrə qarışmamalıdır".⁵ Alimlər bu ayədəki fisq kəlməsini günah işlər kimi təfsir etmişlər.
--------------------------------
🖇¹ "əl-Kəhf" surəsi, 50.
🖇² "əs-Səcdə" surəsi, 20.
🖇³ "əs-Səcdə" surəsi, 20.
🖇⁴ "ən-Nur" surəsi, 4.
🖇⁵ "əl-Bəqərə" surəsi, 197.


https://www.tg-me.com/VASAT YOL/com.online_medrese1
السلام عليكم و رحمة الله
Yaxın günlərdə bir Misirli qardaşımızın anası dünyasını dəyişdi. Müsəlman bacımız-tövhid əhli, Quran hafizi olub, son nəfəsinə qədər köksündə daşıdığı o böyük əmanətlə Rəbbinə qovuşdu.(Allah onu qəbir evində də sabit etsin.) Zürriyyəti, müsəlmanlar olaraq onunçun Allahdan bol-bol məğfirət və salamatlıq diləməmizi rica edirlər. Biz də bu əmanəti, səsimizin çatdığı bütün müsəlman bacı qardaşlarımıza çatdırmaq istədik.
Əziz müsəlmanlar, dualarınızda bacımızı unutmayaq. Ona bərzəx həyatından qiyamətə qədər rahatlıq, Qiyamət günündə əminlik və iman gətirənlərə vəd edilmiş Cənnət həyatına müvəffəq olmasını diləyirik, həmçinin sizin də dualarınızda yad etmənizi rica edirik

Cəzəkumullahu xayran.
VASAT YOL
2⃣. Fisq Fisq lüğəti mənada çıxmaq deməkdir. Şəriətdəki mənası isə Allaha itaətdən çıxmaqdır. Fisq Allaha itaətdən həm bütünlüklə, həm də qismən çıxmağa aid edilir. Elə buna görə də hər bir kafir fasiqdir. Çünki o Allaha itaətdən tam olaraq çıxmışdır. Həmçinin…
3⃣. Zəlalət
Zəlalət - doğru yoldan azmağa deyilir. O, hidayətin əksidir. Uca Allah belə buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə, kim də azğınlığa düşsə, ziyanı öz əleyhinə olar."¹

Zəlalət kəliməsinin bəzi mənaları:
1) Bəzən küfr mənasında işlənir. Uca Allah belə buyurur: "Allahı, onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir zəlalətə düşmüşdür."²

2) Bəzən şirk mənasında işlənir. Uca Allah belə buyurur: "Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir zəlalətə düşmüşdür."³

3) Bəzən İslamdan çıxaran küfr həddinə çatmayan müxaliflik mənasında işlənir. Misal üçün, İslam dairəsindən çıxmayan, amma ona müxalif olan firqələr barəsində "zəlalət firqələri", yəni "müxalif firqələr" kimi işlətdiyimiz məşhur ifadə.

4) Bəzən adi xəta mənasında işlənir. Uca Allah belə buyurur: "Musa dedi: "Mən onu edəndə zəlalətə düşənlərdən⁴ idim."

5) Bəzən unutqanlıq mənasında işlənir. Uca Allah belə buyurur: "Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri zəlalətə (unutqanlığa) düşdükdə, o birisi onun yadına salsın."

6) Bəzən itmiş, itkin düşmüş və ya yoxa çıxmış bir şey mənasında işlənilir. Məsələn, ərəblərin səhradakı sahibsiz dəvəyə dallətu əl-ibl (itmiş, sahibsiz dəvə) dedikləri kimi.
-------------------------------------
🖇¹ "əl-İsra" surəsi, 15.
🖇² "ən-Nisa" surəsi, 136.
🖇³ "ən-Nisa" surəsi, 116.
🖇⁴ Yəni xəta edənlərdən.
🖇⁵ "əş-Şuəra" surəsi, 20.
🖇⁶ "əl-Bəqərə" surəsi, 282.

https://www.tg-me.com/VASAT YOL/com.online_medrese1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
السلام عليكم ورحمة الله

Bu gün və sabah, Mədrəsəmizin qadınlar qrupu Fiqh bölümünün 70 tələbəsi imtahan verəcək, in şəə Allah.
İmtahan vaxtının bir neçə saat sürəcəyi gözlənilir. Tələbələrimizə, Allahdan güc-qüvvət diləyirik. Vaqe olacağına şahid olacağımız ən böyük imtahan-Qiyamət gününün imtahanında isə səbat arzulayırıq
.
(Qeyd edək ki,sözügedən imtahan-mədrəsənin 4 illik tədris müddətində, ən böyük imtahandır)
Bərakallahu fihunnə💐
2024/04/23 15:07:17
Back to Top
HTML Embed Code: