Telegram Group Search
Maestro, olmadı ki! 🤣🤣🤣
27 aprel bu şənbə günü Başla* öz kitablarını 30% endirimlə satacaq. Tədbir haqqında ətraflı və kitabların siyahısı:

https://www.facebook.com/events/728375672844608
Turalın siyasi analitikası notwithstanding, amma doğrudan da Borjomi və Karlsbad suları arasında ciddi fərq var. Birincisi, sayda fərq var ki, Borjomidə iki su, Karlsbadda on iki su ictimaiyyətə açıqdır. İkincisi, Karlsbad suları mənim plastik su qabımı əridib deformasiyaya uğratmışdı, Borjomi sularını isə ovucla, ovcunla iç, maşallah. Üçüncüsü, Karlsbadın ancaq adı var, imkan olsa, Marienbada gedin, həm suları daha dadlıdır və müalicəvidir, həm də Praqadan qatarla eyni məsafədir, bir dənə Plzendə o biri elektriçkaya peresadka edəcəksiz, vsyo. Dördüncüsü, bonus kimi yazım, Tsxaltubanın da gözəl bir mineral suyu var, amma pavilyonu parkın çox gediş-gəliş olmayan yerindədir deyə, əksər adamların xəbəri olmur, gərək xüsusi axtarasan; həm də ən çoxu bir stəkan, stəkan yarım içmək kifayətdir, dəhşət ağır su olduğundan müəyyən fəsadlar törədə bilər.
Bu faktor heç ağlıma gəlməmişdi. Yunanıstanda iqlim xoş olduğundan insanlar vaxtının çoxunu açıq hava altında keçirirdi. Bayırda keçən vaxtı isə səmərəli təşkil etmək lazım idi, bəlkə də bir az da buna görə demokratiya (antik mənasında), teatr, hətta məktəblər və fəlsəfə (antik filosoflar küçədə və parklarda dərs keçirdi) yaranıb. Şimali və mərkəzi Avropa soyuq olduğu üçün parlamenti, teatrı, məktəbi və fəlsəfəni qapalı salonlara, sinif otaqlarına və kabinetlərə həbs etdilər, beləliklə siyasət, mədəniyyət, təhsil və fəlsəfə də elitarlaşdı.
Amerikanın əksər adlı-sanlı universitetləri də xristian mədrəsələri kimi fəaliyyətə başlayıb.
Əvvəla, Nyu-York trilogiyası azərbaycancaya tərcümə olunub, hələ Qaranlıqdakı adam4321 də tərcümə olunub. İkincisi, bizim yazarlar da onun 34 kitabından heç olmazsa birini mütaliə ediblər, haqqında yaman çox danışırlar, hətta mənə görə lazımından xeyli artıq danışırlar. Məncə, Rot və ya Delillo və ya Pinçon və ya Tartt daha çox söhbətə layiqdir. Üçüncüsü, aydınlanma platforması ilə xalqının xilası üçün gecə-gündüz mücadilə aparan bir publik intellektualın gerçəklikdən bu qədər biqafil qalması ayıbdır. Dördüncüsü, bu qeyd barəsində Seymur Baycanın da öz fikirlərini bildirməsinə ictimai ehtiyac var.
...qoy yay gəlsin,
canım bir az isinişsin,
bu külək də qoy seyrəlsin bir bu parkdan,
bax onda,
bax onda
oturmaq olar bu soyuq skamyada,
seyrə dalmaq Nargini,
susuz, quraq, bərəkətsiz, ilanlı, əqrəbli, əlçatmaz Nargini
uzaqdan,
uzaqdan.
Ədəbiyyat qəzetində çox hörmətli Anar müəllimin hörmətli Zamin bəyə cavab yazısını oxudum. Xeyli təəccübləndim. Hiss olunur ki, yazı tələsik yazılıb və qəzetin redaksiyasına redaktəsiz və korrektəsiz göndərilib. Bəs görəsən redaksiyanın məsul əməkdaşları niyə öz vəzifə öhdəliklərinə bu qədər məsuliyyətsiz yanaşıb? Anarafob yox, anarofob. Hebbels yox, Gebbels (hətta Göbbels). Danos yox, donos. Bunlar hələ mənim ilk oxunuşda gözümə sataşanlar. Bir daimi oxucu kimi qəzetin redaksiya heyətindən xahiş edirəm ki, bundan sonra diqqətli olsunlar.
Bu kitab məni də karıxdırdı. Müasir portuqaldilli qeyri-Portuqaliya ədəbiyyatı məni həmişə çətinə salır. Baxırsan ki, müəllifin də, kitabın da dünyada adı-sanı, hörməti, mükafatları, az qala Braziliyada və ya Anqolada pulun üstünə şəklini vururlar, amma oxuyursan ki, Braziliya serialı... Çox dəruni mətləblərdən bəhs edirlər, amma çox dərinə baş vura bilmirlər. Hətta Amadu da öz səmimi kommunist məfkurəsi ilə bu serial estetikasından tam xilas ola bilmir. Mənə elə gəlir ki, burada, böyük İbn Xəldun demiş, yenə də coğrafiya və ilqim iş başındadır. Qamışdan tikilmiş gecəqondudan çıxırsan, hava o qədər istidir ki, əynində ancaq övrət yerləri gizlədəcək qədər par-parça, yeməyə bir fal çörək yox, dünya ədalətsizdir, ya da ehtişamlı bir villada əlində süpürgə pilləkənlərin başında dayanmısan, birdən ağlına gəlir ki, bəs məkrli Don Rodrigo mələk kimi məsum Donna Xuanitaya əxlaqsız katibəsi ilə xəyanət edir, başqa nə edə bilərsən axı—tez cumursan yüz metr o yanda Rio çimərliyinə, bossa nova zümzümə eləyə-eləyə suya baş vurursan, acıyanda da çimərlikdəki ağaclardan dərib yeyirsən bir banan, bir feyxua, ya da bir şirin portağal... mmm... mmm... mmmmmm... lali... lala... lililalalililalalala...
Nə yemisən? Turşulu aş! 🤣🤣🤣
Hörmətli İlqar müəllim də qalıb daşla möhkəm yerin arasında. Bir tərəfdən istəyir ki, Sistemin (neomarksistlərin təbiri ilə desək, İmperiyanın) orqanik bir parçası olsun, yəni Brüssel, Avropa Şurası, Avropa İttifaqı, avrointeqrasiya, Davos, NATO, Açıq Cəmiyyət, Slava Ukraine, digər tərəfdən də, ay iqlim gopçuları, Davos uşaqları, sorosçular, Qreta Tunberqi qollandiyalarda qolladılar, koronavirus yoxdur, nə şikil kimi oğlandır bu İlon Mask. Çox hörmətli Tramp müəllimin dar başmaqlarını geyməkdən ayaqları lap mozol' olacaq. Ondansa, hörmətli İlqar müəllimə mənim bir təvazökar təklifim olardı—qarşıdan gələn hipotetik parlament seçkilərinə bu şüarla getsinlər: güclü dövlət, azad iqtisadiyyat. Yəni ki, dövləti-aliyyəmiz güclü olmalıdır, bundan da güclü olmalıdır, amerikan və fransız səfirlərini tez-tez borzı çmo çıxarmalıyıq, xarici və daxili təhdidlərə qarşı dəmir yumruq həmişə hazır olmalıdır, amma bu siyasi güzəştlərin qarşılığında dövləti-aliyyəmiz də bizə azad iqtisadi mühit yaratmalıdır ki, millət qaz vurub qazan doldursun. Üç deputat mandatı qarantiya. Dövləti-aliyyəmiz səxavətli olsa, birini də üstündə havayı verər, təki siz ora adam tapın. Özü də maraqlı proqramdır ha, bizim dairədə ağpartiyaçılardan heç kim olmasa, bəlkə mən də sizə səs verərəm, bilmək olmaz.
Normalda belə bir qayda var ki, hər hansı ictimai və ya dövlət qurumunun vəzifəli şəxsləri, ələlxüsus mətbuat katibləri heç kimi sosial şəbəkələrdə bloka ata bilməz. Çünki sabahları ictimaiyyət üçün açıqlama verəndə həmin o blok etdiyi şəxslərin ictimai məlumatı əldə etmək hüququ pozulur. Yəni qanun pozuntusudur. Kimisə bloka atmaq ancaq və ancaq privat şəxslərin lyuksudur. Kimsə sizi bloka atsa, privat şəxs deyilsə, ictimai vəzifəsi varsa, ondan tələb edin ki, sizi dərhal blokdan çıxarsın.
Gənc Tamaşaçılar Teatrının indiki ünvanında ilk binası (memarı Qusman, 1951). Şəkildəki bina 1980-da sökülüb və yerində 1984-1988-ci illərdə indiki binası tikilib (memarları Salamzadə və Seyfullayev). Bugünkü şüşəli fasad isə 2007-2009-cu illərdə rekonstruksiya işləri zamanı quraşdırılıb.
Forwarded from goyushow
"Vincent doit mourir" (Vinsent ölməlidir) filmi 2023-ün ən orijinal filmlərindəndir.

Bir gün işdəki stajor Vinsenti kompyuterlə döyür, sabahı mühasib ona qələmlə hücum çəkir.

Artıq hər kəs Vinsenti öldürməyə çalışır, o insanlardan qaçmalıdır.

Unikal mövzusu olan filmi Hollivudun rimeyk edəcəyinə əminəm.

Balım: 7/10.

Həftəsonu üçün çərəz kimi baxmaq olar. 🍿

@goyushow
Forwarded from Sakit Redaktor (Ayaz)
🇦🇿 Düz 50 il öncə, 1974-cü ilin bu günü aviasiya tariximizin ən absurd qəzalarından biri baş vermişdi.

🛫 Qax–Zaqatala bölgəsində tarlaları dərmanlayan An-2 təyyarəsinin komandiri Vitali Qavrilov həmin gün axşamçağı Qax aeroportunun uçuş zolağında işçilərlə və aeroporta icazəsiz daxil olan yerli sakinlərlə birlikdə içki məclisi təşkil edib.

✈️ Bundan sonra isə gəzmək məqsədilə idarə etdiyi An-2 təyyarəsinə minərək Zaqatala rayonuna gedirlər.

🛬 Oradan Qax aeroportuna qayıdan zaman gecə olmasına görə və içkinin təsiri ilə pilot Vitali Qavrilov təyyarəni yerə çırpıb.

🛩 Nəticədə özü də daxil olmaqla 8 nəfər yerindəcə həlak olub.
Xəzər xaqanlığı, əlbəttə ki, əfsanədir, çünki bu cür işarələnmiş daşlar əslində yarımköçəri təsərrüfatla məşğul olan tayfaların (kəndlərin) köç yolları üzərində nişan daşları olub. Heyvanları dağdan arana, arandan dağa aparmaq üçün xüsusi köç yolları (marşrutlar) olurdu, hətta ayrı-ayrı tayfaların və kəndlərin də öz yolları var idi. Həmin yolların üzərində vaxtilə belə işarələr qoyurdular ki, çobanlar və köçə duran el-oba çaşıb yolu-rizi itirməsin. Bu gün hələ də yarımköçəri həyat tərzi sürən tək-tük icmalar (məs., xınalıqlılar) öz köç yollarını işarələmək üçün bu nişantaşılardan istifadə edirlər. Rayonlarda əksər belə daşların haradasa 100-200-300 yaşı ola ya olmaya. Yox bir, Xəzər xaqanlığı. 😁 Xəzərlərdən bizə bir dənə milli gölümüzün adı qalıb, bir də Şəmkir.

Edit: Bir də bir azərbaycanlı dilçi iddia edir ki, Azərbaycan dilinin bəzi ləhcələrində Xəzər dili ilə təmasın sübutları var, yəni bu gün ancaq çuvaşların aid olduğu qədim bulqar dil qrupundan bəzi elementlər bizim ləhcələrə keçib. Sözün açığı, mənə heç inandırıcı gəlmir, çünki coğrafiya, arxeologiya, zamanlama və s. digər faktorlarla uzlaşmayan hipotezdir.
Qapıların, darvazaların ağzında lamassu, qrifon, sfinks, şir, pələng və sair əfsanəvi və real heyvan heykəlləri qoymaq ideyasını elə bilirəm ki, pişiklər deyib biz insanlara. 😁
II Bakı Müasir Musiqi Günləri
20-26 may 2024


Festivalın proqramı 🎶
Bir dəfə Bakıda uşaqlar və yeniyetmələr üçün kitab sərgisinə getmişdim, iki-üç saatlıq kobud müşahidəmə görə içərisində iri mətnlər olan kitablara uşaqlar heç maraq göstərmirdi. Daha çox özünrənglə, masaüstü oyunlar, qeyri-mətn kitabçalar və sairə kimi məhsullara maraq göstərirdi. (Klassik mətnlərə maraq göstərən qrup—yenə kobud müşahidəmə görə üzr istəyirəm—azərbaycandilli başıbağlı valideynlərin rusdilli uşaqları idi). Yəni məndə belə qənaət formalaşdı ki, indiki uşaqlar (gələcəyin böyükləri) tam audiovizual və interaktiv kontent nəslidir, mətn oxumaq bir fəaliyyət növü kimi onlar üçün heç mövcud deyil.

İndi də bu icmalı oxudum, amerikanlar deyir ki, kitab satışlarının sabit qalması və hətta artması fonunda bir spesifik sahədə—uşaqlar üçün kitablar bazarında satış katastrofik sürətlə azalır. Uşaqlar əyləncə üçün, maraq üçün, asudə vaxtlarını xoş keçirmək üçün daha kitab oxumurlar. Özü də oxu vərdişlərinin formalaşdığı yaşlarda. Əgər bu tendensiya belə davam eləsə, kitablar kaput. Kitab oxumaq da kütləvi fəaliyyət olmaqdan çıxıb, məsələn, operaya getmək, klassik musiqi konsertlərinə, rəsm sərgilərinə getmək, plastinkaya qulaq asmaq kimi nişa fəaliyyət olacaq. Bir dəfə oxşar perspektiv yaranmışdı, deyilənlərə görə, Harri Potter vəziyyəti düzəltdi, xeyli uşağı kitab oxumağa öyrəşdirdi, bəs indi görəsən necə olacaq?

Nəticə çıxartmaqdan əvvəl burada bir-iki məqam var ki, onları da nəzərə almaq lazımdır. Dünya tipoqrafik (mətbu) əsaslardan audiovizual əsaslara keçir, təxminən Qutenberq erası bitir, İnternet erası başlayır. Bu transformasiya pisdir, yoxsa yaxşıdır—cavab sizin dayandığınız yerdən asılıdır. Məsələn, mən İbn Xəldunu oxuyuram, tutaq ki, bir-iki ay vaxtımı alır, Hacı Səfərov isə YouTube-da bir türk hocasının iyirmi dəqiqəlik videosuna baxır, son nəhayətdə, ikimizin də İbn Xəldun haqqında ümumi təsəvvürləri aşağı-yuxarı eyni olacaq. Həəə, bəlkə mən bir az dərin bilərəm, amma Hacının da əlinin altında İnternet var, mənim yaddaşımda qalan şeyləri o da Google-da bir-iki axtarışla tapa biləcək. Uzaqbaşı, süni intellekt var, o da kömək edəcək lazım olan yerlərdə.

İndi mən desəm ki, Hacı öz epistemologiyasını outsource edib hansısa hocalara, biliyə birbaşa çıxışını itirib, o da eyni müvəffəqiyyətlə mənə deyə bilər ki, sənin oxuduğun kitabı da kimsə yazıb, redaktə edib, tərcümə edib, nəşr edib, sənin də çıxışın birbaşa deyil. Bir sözlə, burada mübahisə uzanacaq, keçəcək fəlsəfi müstəviyə, fəlsəfə ilə peşəkarlar məşğul olsa, daha yaxşıdır.

Mənim hələlik ən böyük iradım etimad məsələsidir. Feyk nyus da var, kontekstsiz məlumata yerindəcə, amma tez də keçib gedən emosional reaksiya var, amma onun güzgü əksi də var ki, insanlar getdikcə daha çox sinik olur, İnternetdə oxuduqları, gördükləri heç nəyi ciddi qəbul etmirlər, hətta süni intellekt inkişaf etdikcə audiovizual kontent də olan-qalan etibarını itirir. Kitabxana kataloqunun bircə kartoçkasının vaxtilə sahib olduğu etimad bu gün İnternetdə heç bir kontentdə yoxdur. Epistemoloji bazasının təməlləri bataqlıq üzərində atılan bir cəmiyyət nə qədər funksional ola bilər?

Guya balaca bir məlumata şərh verəcəkdim, çox uzaqlara gəlib çıxdım, sona qədər oxuyanlardan üzr istəyirəm ki, sizi bir az dolanbac yollara çıxardım.
2024/05/15 10:57:27
Back to Top
HTML Embed Code: