Forwarded from Hikmət Dərgahı
⚘İmam Həsən (ə) buyurub:

«Hər oruc tutanın iftar zamanı, bir qəbul olunmuş duası var.»

📘(İqbalul-əmal, cild 1, səh 244.)
"Allahım, mənim abrımı varlılıqla qoru və şəxsiyyətimi yoxsulluqla alçaltma ki, Sənin ruzi verdiklərindən ruzi istəməyim, yaratdıqlarının pis əməlIərində mehribançılıq axtarmayım, mənə bir şey əta edən kəsi mədh etməyə məcbur olmayım və mənə bir şey verməyən kimsənin pisliyinə danışmağa düçar olmayım.

Hz. Əli (ə)
(Nəhcül-bəlağə: xütbə-216)
🌷İmam Sadiq (ə) buyurub:

"İblisin qadınlardan və qəzəbdən güclü ordusu yoxdur".

📕(Tuhəful-Uqul, səh. 363)
💎Əgər əzab etsən də, zülm etməyibsən! İlahi, əməllərim pis olduğu halda, Səndən hacət istəməyə məni cürətli edən Sənin ehsan və kərəm sahibi olmağın, abır-həyamın az olmasına baxmayaraq, çətinlik zamanı dərgahına pənah gətirməyimə səbəb, Sənin rəhmət və mehribanlığındır. Günah və qəbahətlərimin olması ilə yanaşı, yenə də məni arzularımdan məhrum etməyəcəyinə ümid edirəm...🤲🏻
✍🏻Əbu Həmzə Somali duasından
❤️ Doğruların Dastanı ❤️

.......... Əbuzərin nəsihəti........

Əbuzərin əlinə bir məktub gəlib çatdı. Onu açıb oxudu. Məktub uzaqdan gəlmişdi. Bir şəxs məktub vasitəsilə ondan kamil öyüd-nəsihət istəmişdi. Məktubun sahibi Əbuzəri yaxşı tanıyır, bilirdi ki, Əbuzər Allah Rəsulunun (s.s) diqqət yetirdiyi şəxsdir. Həmçinin bilirdi ki, Allah Rəsulu (s.s) ona nə qədər inayət edib, yüksək və mənalı sözləri ilə ona hikmət öyrədib.
Əbuzər bu məktubun cavabında qısa olaraq yalnız bir cümlə yazdı. “Hamıdan çox sevdiyin şəxsə pislik və düşmənçilik etmə”.
Məktubu bükdü və ona göndərdi.
Məktubun sahibi Əbuzərin məktubunu açıb oxuduqdan anlamadı. Öz-özünə dedi:
-Yəni nə? Məqsəd nədir? "Hamıdan çox sevdiyin şəxsə pislik və düşmənçilik etmə" nə deməkdir? Bu ki, aydın bir məsələdır? Mümkündürmü ki, insan çox sevdiyi bir şəxsə pislik etsin?! Nəinki ona pislik etməz hətta canını, malını , varlığını ona qurban edər.
Başqa bir tərəfdən öz-özünə düşünürdü ki, bu sözü deyənin şəxsiyyətini də unutmaq olmaz. Bu sözü deyən Əbuzərdir. Əbuzər ümmətin Loğmanıdır. Hikmətlə dolu
düşüncələri var. Çarə yoxdur gərək onun özündən izah etməsini istəyəm. Yenidən Əbuzərə məktub yazıb ondan izah istədi. Əbuzər cavabında yazdı: "Sənin yanında ən sevimli və ən əziz şəxs demakdə məqsədim başqaları deyil, elə sən özünsən. Sən
özünü başqalarından daha çox sevirsən.
Dediyim “ən çox sevdiyin əzizlərinə düşmənçilik etmə" sözünün mənası bu idi ki, özünlə düşməncəsinə rəftar etmə. Bilmirsənmi ki, insanın mürtəkib olduğu hər bir günah və xilaf işin zərəri ilk öncə özünə dəyir və öz yaxasından tutur?! ”

Kitab 👇
@dogrularin_dastani

✍️ Müəllif :
Şəhid Mürtəza Mütəhhəri
🔸Əxlaq ustadı Ayətullah Müctəhidi Tehrani (r.ə):

🔹Sizin nəfsiniz körpə uşaq kimidir. Necə ki uşaq küçədə nə görsə ürəyi istəyər. Sizin nəfsiniz də həmin cürdür, hər nə görsə ürəyi istəyir.

📚 Kelas-e əxlaq
📘Doğruların Dastanı

Qara bazar

İmam Sadiqin (ə.s ) ailəsi və yaşayış xərcləri artmışdı. İmam (ə.s) ticarət və alver yolu ilə gəlir əldə edib öz ailəsinin xərclərini ödəmək qərarına gəldi. Min dinar sərmayə əldə edib Məsadif adlı quluna verdi va buyurdu:
-"Bu min dinar pulu götür və Misirə səfər etməyə hazırlaş".
Masadif İmamın (ə.s ) verdiyi pul ilə adətən Misirə apanlan ticarət mallarından aldı və bir ticarət karvanı ilə Misirə tərəf hərəkət etdi.
Elə ki, Misirin yaxınlığına çatdılar şəhərdən xaric olan başqa bir ticarət karvanı ilə qarşılaşdılar. Bir-birlərindən vəziyyəti soruşdular. Məlum oldu ki, son zamanlar Məsadif
və onun dostlarının gətirdikləri ticarət malları yaxşı satılır və az tapılır. Onlar bəxtlərinin gətirməsindən çox sevindilər. Təsadüfən gətirdikləri mallar bütün camaatin ehtiyac duyduğu mallar idi və onlar har neçəyə olursa-olsun o malları almağa məcbur idilər. Mal sahibləri bu xoş xəbəri eşitdikdə sözü bir yerə qoydular ki, yüzdəyüz faydadan az bir qiymətə satmasınlar. Əvvəlcədən qərarlaşdıqları kimi
#qara_bazar yaratdılar. Bu məqsədlə Misirə daxil oldular. Vəziyyət elə deyildiyi kimi idi.Malları aldıqları qiymətdən iki dəfə baha satdılar.
Məsadif min dinar xalis gəlirlə Mədinə şəhərinə qayıtdı.
O, sevincək və xoş halda Imam Sadiqin (ə.s ) hüzuruna yetişib hər birində min dinar olan iki pul kisəsini İmamın (ə.s) qabağına qoydu.
İmam (ə.s) soruşdu:
-Bunlar nədir?
Dedi:
-Bunlardan biri sizin mənə verdiyiniz sərmayədir.
Sərmayəyə bərabər olan o biri kisə isə əldə etdiyim xalis gəlirdir.
İmam (ə.s ) buyurdu:
- Çox gəlirdir. De görüm siz bu qədər gəliri necə əldə edə bildiniz?
-Hadisə belə idi: Misirin yaxınlığında xəbər tutduq ki, bizim apardığımız ticarət malları orada az tapılır. Söz verdik ki, malları yüzdəyüz xalis gəlirdən az qiymətə satmayaq. Elə
belə də etdik.
-Sübhanallah! Siz belə bir iş gördünüz?! And içdiniz ki,
müsəlman camaat arasında
#qara_bazar yaradasınız?! And içdiniz ki, əsl sərmayə qədər olan xalis gəlirdən az bir qiymətə satmayasınız?! Yox, mən belə bir ticarəti və gəliri heç vaxt
istəmərəm.
Sonra İmam (ə.s ) iki kisədən birini götürdü və buyurdu:
"Bu mənim sərmayəm". O birinə əl vurmadı və buyurdu:
-"Mənim o biri ilə işim yoxdur".
Sonra buyurdu:
Ey Məsadif! Qılınc vurmaq halal ruzi əldə etməkdən daha asandır.

Biharul-ənvar, cild 11, səh 121

Kitab 👇
@dogrularin_dastani

Müəllif :
Şəhid Mürtəza Mütəhhəri.
İstiğfar namazı(Tövbə namazı)


Mərhum Ayətullah Nəsrullah Şahabadi(r,ə) bu namazı xüsusilə Qədr gecələrində hər sıxıntı və çətinlinliyin həll üçün qılmağı təkid etmişdir.


Əziz Peyğəmbərimizdən(s,ə,v) rəvayət olunmuşdur:

"Hər vaxt ruzin azaldıqda,işlərin düyünə düşdükdə bu namazı tərk etmə"


Namaz 2 rukətdir.(Niyyət:İstiğfar namazı qılıram qurbətən iləllah)

Hər rukətdə Fatihə surəsi deyilir(İxlas surəsi oxunmur)sonra Qədr surəsini deyib 15 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib Allahu Əkbər deyib rukuya gedib


Rukunun zikrini deyib,rukuda 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib,


Rukudan qalxıb 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib Allahu Əkbər deyib səcdəyə gedib,

1 ci səcdə də səcdənin zikrini deyib, səcdə halında 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib,

Səcdədən qalxıb(oturan halda) 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib Allahu Əkbər deyib,

2 ci səcdəyə gedib səcdənin zikrini deyib səcdə halında 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib,

Səcdədən qalxıb(oturan halda) 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib Allahu Əkbər deyib 2 ci rukətə qalxmaq.

2 ci rukət də eyni bu şəkildə qılınır.


Mənbə:Məkariməl-Əxlaq,Şeyx Həsən ibni Fəzl Təbərsi,cild 2,səh 46.
Bismilləhir Rəhmanir Rəhim.

🔴 Qədr gecəsinin əməlləri

🔻 Mübarək Qədr gecələrinin müştərək əməlləri

🔵 1. Qüsl almaq. Gün batan vaxtı qüsl alıb, həmən qüsl ilə işa namazını qılmaq daha fəzilətlidir.

🔵 2. İki rükət namaz qılmaq. Hər rükətdə “Fatihə”dən sonra 7 dəfə “İxlas” surəsini oxumaq. Namazı bitirdikdən sonra isə 70 dəfə "Əstəğfirullahə və ətubu ileyh" demək. Peyğəmbər (s) buyurub: “Hər kim bu əməli etsə, yerindən durana kimi ata-anasının və özünün günahlarını Allah bağışlayar”.

🔵 3. Quranı açıq şəkildə qarşıya qoyub bu duanı oxumaq: “Allahummə inni əs'əlukə bi kitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl-əkbər və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təc'ələni min utəqaikə minən-nar”. Sonra hacətinizi istəyin.

🔵 4. Quranı başının üzərinə qoyub demək: “Allahummə bi həqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli muminin mədəhtəhu fihi və bi həqqikə əleyhim, fəla əhədə ə'rəfu bi həqqikə minkə”. 

Bundan sonra aşağıdakı sözləri demək lazımdır:

10 dəfə "Bikə ya Allah"

10 dəfə "Bi Muhəmmədin"

10 dəfə "Bi Əliyyin"

10 dəfə "Bi Fatimətə"

10 dəfə "Bil-Həsəni"

10 dəfə "Bil-Huseyni"

10 dəfə "Bi Əliyyibnil-Huseyn"

10 dəfə "Bi Muhəmməd ibni Əli"

10 dəfə "Bi Cəfər ibni Muhəmməd"

10 dəfə "Bi Musəbni Cəfər"

10 dəfə "Bi Əliyyibni Musa"

10 dəfə "Bi Muhəmməd ibni Əli”

10 dəfə "Bi Əliyyibni Muhəmməd”

10 dəfə “Bil-Həsən ibni Əli”

10 dəfə “Bil-hoccəti”

Sonra hacətinizi istəyin.

🔵 5. İmam Huseyni (ə) ziyarət etmək.

🔵 6. Bu gecələrin hər birini oyaq qalmaq. Hədisdə var ki, hər kim bu üç gecəni oyaq qalsa, günahları nə qədər olsa bağışlanar.

🔵 7. 100 rükət namaz qılmaq. Bu əməlin çox böyük fəziləti var. Yaxşı olar ki, hər rükətdə “Fatihə”dən sonra 10 dəfə “İxlas” surəsi oxunsun.

🔵 8. Bu duanı oxumaq: “Allahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəfən və la zərrən və la əsrifu ənha suən. Əşhədu bizalikə əla nəfsi və ətərifu ləkə bi zəfi quvvəti və qilləti hiyləti. Fəsalli əla Muhəmmədin və ali Muhəmməd və ənciz li ma vəədtəni və cəmiəl-mumininə vəl-muminat minəl-məğfirəti fi hazihil-ləyləti və ətmim ələyyə ma atəytəni, fəinni əbdukəl-miskinul-mustəkinuz-zəiful-fəqirul-məhin. Allahummə la təc'əlni nasiyən lizikrikə fima ovləytəni və la (ğafilən) liihsanikə fima ə'təytəni və la ayisən min icabətikə və in əbtə'tə ənni fi sərraə (kuntu) ou zərraə ou şiddətin ov rəxain, ou afiyətin ou bəlain ou bu'sin ov nə'maə, innəkə səmiud-dua”.

Əllamə Məclisi (r.ə) deyir: “Bu gecələrdə ən fəzilətli əməl bağışlanma diləmək və özünün, valideynlərinin, qohumlarının, mömin qardaşlarından diri olan və ölənlərinin dünya və axirət hacətlərini istəmək, zikr etmək, imkan qədərində Muhəmməd və Onun ailəsinə (s) salavat deməkdir. Bəzi hədislərdə isə bu üç gecədə “Covşənul-kəbir” duasını oxumağın müstəhəbliyi də gəlmişdir”.

Peyğəmbərdən (s) sual edildi ki, Qədr gecəsi zamanı uca Allahdan nə istəyim, O da (s) buyurdu: “Sağlamlıq istəyin”.

🔻 19-cu gecənin (birinci Qədr gecəsinin) məxsusi əməlləri

🔵 1. 100 dəfə “Əstəğfirullahə rəbbi və ətubu ileyh” demək.

🔵 2. 100 dəfə İmam Əlinin (ə) qatilinə lənət demək: “Allahumməl'ən qətələtə Əmiril-muminin”.

🔵 3. Bu duanı oxumaq: “Ya zəlləzi kanə qəblə kulli şəy. Summə xələqə kullə şəy. Summə yəbqa və yəfna kullu şəy. Ya zəlləzi ləysə kəmislihi şəy və ya zəlləzi ləysə fis-səmavatil ula və la fil-ərəzinəs-sufla və la fəuqəhunnə və la təhtəhunnə və la bəynəhunnə ilahun yu`bədu ğəyruh, ləkəl-həmdu həmdən la yəqva əla ihsaihi illa əntə, fəsəlli əla Muhəmmədin və ali Muhəmmədin, səlatən la yəqva əla ihsaiha illa əntə”.

🔵 4. Bu duanı oxumaq: “Əllahumməc'əl fima təqzi və tuqəddiru minəl-əmril-məhtum və fima təfruqu minəl-əmril-həkim fi ləylətil-qədr və fil-qəzailləzi la yurəddu və la yubəddəlu, ən təktubəni min huccaci bəytikəl hərami əl-məbruri həccuhum, əl-məşkuri səyuhum, əl-məğfuri zunubuhumul-mukəffəri ənhum səyyiatuhum. Vəcəl fima təqzi və tuqəddiru ən tutilə umri və tuvəssiə ələyyə fi rizqi, və təfələ bi (bura çatdıqda öz hacətlərinizi istəyin)”!
Ey uzun illər boyunca şəhvətlər arxasında qaçmaqla ömrünü tükədən hiyləgər nəfs!
İndiyə qədər əlinə, həsrətdə qalmaqdan başqa, bir şey keçmədi. Bir az özünə yazığın gəlsin, Malikul-Mülkdən (Allahdan) həya et. Bir azda əbədi və daimi səadətə səbəb olacaq əsl məqsəd yolunda irəlilə! Əbədi səadəti, böyük zəhmətlər və taqət həddini aşan məşəqqətlər nəticəsində əldə edilən və fani olan bir neçə günün şəhvətinə dəyişdirmə!

✍️ Ruhullah əl - Musəvi.

📚 Kitab 👇
40 hədisin şərhi
The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 27 days, they may lose their account and admin rights in this channel. The channel will remain accessible for all users.
The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 20 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 9 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
2024/05/31 07:30:37
Back to Top
HTML Embed Code: